• cümə axşamı, 25 aprel, 04:38
  • Baku Bakı 19°C

Nazir: "Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin siyasi həllində əsas maneədir"

31.08.17 14:30 1588
Nazir: "Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin siyasi həllində əsas maneədir"
"Artıq üçüncü onillikdir ki, Ermənistan Şərq Tərəfdaşlığı proqramının üzvü olaraq digər üzvün suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdə birini işğal altında saxlamaqda davam edir".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bunu xarici işlər naziriElmar MəmmədyarovViseqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin Budapeştdə keçirilən görüşündəki çıxışında deyib.

Nazir bildirib ki, Ermənistan Avropada, ümumilikdə dünyada qəbul olunmuş davranış qaydalarının tam ziddinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində bədnam etnik təmizləmə törədib.

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında zorakılığın əsas səbəbi olaraq qalır və münaqişənin siyasi həllində əsas maneədir", - deyə E. Məmmədyarov diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər