• cümə axşamı, 28 mart, 12:51
  • Baku Bakı 16°C

Nazir: “Ermənilərin mülki əhaliyə qarşı cinayətlərinin nəticələri sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcək”

28.04.16 20:43 1311
Nazir: “Ermənilərin mülki əhaliyə qarşı cinayətlərinin nəticələri sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcək”
"Ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələri sənədləşdirilərək beynəlxalq təşkilatlara ünvanlanacaq”. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu bu gün cəbhə bölgəsində olan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
H. Bağırov ermənilərin ötən gecə Ağcabədi rayonunun Qaraxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində yanan, kənd sakini Bərxudar Xəlilova məxsus evə baxış keçirib. Nazir daha sonra Ağdam rayonunun artilleriya zərbələrinə məruz qalan Qaradağlı, Mahrızlı, Çəmənli kəndlərində olub, mərmi düşməsi nəticəsində dağılan evlərə baxış keçirib, ev sahibləri ilə görüşüb. H. Bağırov onu da bildirib ki, mənbəyi Ermənistan ərazisində olan çayların üzərində təmizləmə qurğuları tikilir: "Biz bilirik ki, onlar çaylara zəhərli maddələr axıdırlar. Ermənistan xarici ölkələrə mebel, ağac satır. Hamı bilməlidir həmin ağaclar Azərbaycanın işğal altında olan meşələrində qırılır”.




banner

Oxşar Xəbərlər