• cümə, 29 Mart, 09:05
  • Baku Bakı 5°C

Nazir: "Əməkqabiliyyətli əhalinin yalnız 32%-nin ixtisası var"

08.12.17 11:24 1800
Nazir: "Əməkqabiliyyətli əhalinin yalnız 32%-nin ixtisası var"
"Azərbaycanda əməkqabiliyyətli əhalinin yalnız 32%-nin ixtisası var".

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümov"Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə peşə standartlarında istifadə olunması" konfransında çıxışı zamanı bildirib.
"Məlumdur ki, işsiz və işaxtaran şəxslərin peşə ixtisas təhsilinin və əmək vəzifələrinin müasir əmək bazarının tələblərinə cavab verməməsi işsizlik probleminin səbəbləri kimi nəzərdən keçirilir. Digər tərəfdən elm və texnologiyanın yüksək inkişafı biliklərin xeyli hissəsinin aktuallığını itirməsini, eləcə də mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsini şərtləndirir", - deyə nazir əlavə edib.
banner

Oxşar Xəbərlər