• çərşənbə, 24 Aprel, 07:59
  • Baku Bakı 13°C

Nazir: “Əcnəbilər və ölkə vətəndaşları üçün qiymətlərdə fərq olmamalıdır”

27.09.17 14:10 1467
Nazir: “Əcnəbilər və ölkə vətəndaşları üçün qiymətlərdə fərq olmamalıdır”
"Hesab edirəm ki, əcnəbilər və ölkə vətəndaşları üçün menyuda və qiymətlərdə fərq olmamalıdır. Hansısa fakt varsa, müvafiq qurumlar tədbir görməlidir".
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, yol kənarlarında yeni, müasir tipli restoranlar yaradılıb: "Bununla bağlı "Azəravtoyol" ASC ilə danışıqlar aparılıb. Yolboyu bir necə yerdə mədəni xidmətlərin, o cümlədən sanitar qovşaqlarının yaradılması müzakirə edilib. Bunun mərkəzləşdirilmiş şəkildə olması planlaşdırılır. Eyni zamanda, sahibkarlar da bunu fikirləşməlidirlər”.
Nazir əlavə edib ki, müxtəlif dərəcəli otellərin inşası insanlar bu sahəyə marağını göstərir: "Azərbaycan 3,5 milyon turisti qəbul etmək iqtidarındadır. Yeni tədbirlərin keçirilməsi bu tələbatı artıracaq. Sərmayəçi turizm müəssisəsi inşa edə bilər, amma orda çalışan insanların hazırlıq səviyyəsi bizim diqqət mərkəzimizdə olmalıdır. Biz bu rəqəmlərin çoxalmasına diqqət etməliyik".
banner

Oxşar Xəbərlər