• şənbə, 20 Aprel, 00:29
  • Baku Bakı 15°C

Nazir: “Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatdırılmasında ABŞ dəstəyi vacibdir”

03.05.17 09:50 934
Nazir: “Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatdırılmasında ABŞ dəstəyi vacibdir”
Energetika naziri Natiq Əliyevin rəhbərliyi altında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, eləcə də bir sıra yerli şirkətlərimizin nümayəndələrindən ibarət heyət 1-4 may tarixində ABŞ-ın Hyuston şəhərində keçirilən neft-qaz sahəsində tanınmış Dənizdə Texnologiyalar Konfransında (Offshore Technologies Conference/OTC 2017) iştirak edib.
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, konfrans çərçivəsində nazirNatiq ƏliyevAzərbaycan-ABŞ Enerji Forumu və "Xəzər hövzəsində regional inkişaf: Azərbaycan, Qazaxıstan və Türkiyə enerji dəhlizi" mövzusunda seminarda çıxış edərək, ölkəmizin enerji potensialı, bu sahədə əldə etdiyi nailiyyətlər və həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhun neft vəBakı-Tbilisi-Ərzurumqaz ixrac kəməri barədə ətraflı məlumat verib. Nazir həmçinin, hazırda reallaşmaqda olan Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini, onun Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası ilə yanaşı region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağını vurğulayıb. O, bu layihənin uğurla başa çatdırılmasında ABŞ dəstəyinin vacibliyini qeyd edib.
Eyni zamanda, Azərbaycanın enerji resurslarının inkişafı və dünya bazarına çıxarılmasında ABŞ şirkətlərinin rolunu vurğulayan nazir bu sahədə yeni əməkdaşlıq imkanları haqda bəhs edib. Bundan başqa, N. Əliyev neft-qaz sənayesində və yataqların işlənilməsində ölkəmizdə tətbiq edilən müasir texnologiyalardan danışıb, bu xüsusda regionumuzda həyata keçirilən mürəkkəb layihələrin icrasında daha yeni texnologiyaların mənimsənilməsi üçün bu kimi sərgilərin təşkili və iştirakın faydasından bəhs edib.
Səfər çərçivəsində N. Əliyev ABŞ-ın hökumət rəsmiləri, o cümlədən ticarət nazirinin müavini Kenet Hyat, Hyuston şəhərinin meri Silvester Törner, İxrac-İdxal bankının yüksək vəzifəli nümayəndələri, habelə OTC sərgisində iştirak edən enerji sahəsində aparıcı şirkətlər olan ExxonMobil, BP, KBR, Statoil və digərləri ilə görüşləri keçirilib.
Qeyd edək ki, OTC sərgi və konfransında 100-dən çox ölkədən ümumilikdə 6000-ə yaxın nümayəndə heyəti, 100000-dən çox isə ziyarətçi iştirak edib.
banner

Oxşar Xəbərlər