• cümə axşamı, 28 mart, 22:06
  • Baku Bakı 13°C

Nazir: "Bu festivalı həssaslıq və peşəkarlıqla keçirmək lazımdır"

10.04.17 20:41 915
Nazir: "Bu festivalı həssaslıq və peşəkarlıqla keçirmək lazımdır"
"Şopinq Festivalı”nın keçirilməsi Azərbaycan üçün yenilikdir.MDBölkələrində bu cür festivallar keçirilməyib. Biz bu təcrübəni dünya turizm və ticarət təcrübəsindən götürmüşük. Təcrübə göstərir ki, şopinq festivallarının keçirilməsi turistlərin axınlarına müsbət təsir göstərir. Festival cənab prezidentin təşəbbüsü əsasında keçirilir. Bu festival nəinki xaricdən gələn turistlərə şamil olunacaq, dünya təcrübəsində ilk dəfə olaraq "Tax-free" prosesi həm də Azərbaycan vətəndaşlarına şamil olunacaq. Bu nəinki ticarətin, eyni zamanda turizmin stimullaşması üçün atılan müsbət addımdır".

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev"Şopinq Festivalı”nın açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, festival müəyyən sınaq müddətini tələb edir: "Mətbuat nümayəndələrindən xahiş edirəm ki, bu cür təcrübənin olmamasını nəzərə alsınlar. Harada çətinliklər olarsa, bizim qaynar xətlərə müraciət etmək lazımdır. Festivalın keçirilməsinə dövlət qurumları, o cümlədən, maliyyə, gömrük, vergi, mədəniyyət və turizm sektoru cəlb olunub və hər biri öz töhfələrini veriblər".

Ə.Qarayev əlavə edib ki, festivalda fəallıq müşahidə olunur: "Mənim bildiyimə görə, artıq fəallıq var, insanlar alış-veriş edir, öz qaytarılacaq vəsaitlərini əldə edirlər. Bu gün üçün nəticə heç bir narahatlıq törətmir. Bizim hesablamalarımıza görə, bu ilin sonuna qədər dövlət büdcəsinə 50 milyon manata qədər vəsait daxil olacaq. Hesab edirəm, festivalın keçirilməsi gözəl fürsətdir. Amma onu çox böyük həssaslıq, peşəkarlıq və diqqətlə keçirmək lazımdır".
banner

Oxşar Xəbərlər