• cümə axşamı, 28 mart, 20:47
  • Baku Bakı 13°C

Nazir: "Azərbaycanla Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən almalıdır"

23.02.17 14:50 1037
Nazir: "Azərbaycanla Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən almalıdır"
"Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1,6 mlrd. dollardır". "APA-Economics" xəbər verir ki, bunu Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumunda bildirib.
Onun sözlərinə görə, bunun yalnız 120 mln. dollarlıq hissəsi, yəni 8%-i kənd təsərrüfatı məhsullarının payına düşür.
"Hər iki ölkənin başçısı 2023-cü ilədək ticarət dövriyyəmizin həcminin 15 mlrd. dollara çatdırılmasını qarşımıza hədəf qoyub. Rəqəmlərə baxdıqda məlum olur ki, Azərbaycan 1,3 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulu idxal edir. Türkiyədə isə bu rəqəm 11 mlrd. dollardır. Beləliklə, hər iki ölkənin iş adamlarının üzərinə böyük yük düşür. Azərbaycan və Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən ala bilər. Mən iş adamlarımıza səslənərək aktiv olmağa çağırıram. Hər iki ölkənin dövlət qurumları sizin arxanızdadır", - deyə F.Çelik bildirib.
banner

Oxşar Xəbərlər