• çərşənbə, 24 Aprel, 22:26
  • Baku Bakı 23°C

Nazir: "Azərbaycanla Pakistan üç istiqamətdə razılığa gəlib"

05.12.16 14:09 1130
Nazir: "Azərbaycanla Pakistan üç istiqamətdə razılığa gəlib"
Bu gün Bakıda baş tutan Azərbaycan-Pakistan işgüzar görüşü çərçivəsində tərəflər 3 əsas sahə üzrə razılığa gəlib. "APA-Economics" xəbər verir ki, bunu Pakistanın ticarət naziri Xurram Dastgir Xan bildirib.
Onun sözlərinə görə, tərəflər imtiyazlı şərtlər əsasında ticarətin aparılması ilə əlaqədar razılığa gəliblər: "Bu istiqamətdə işlərin aparılması üçün birgə işçi qrupu yaradılacaq. İşçi qrupu imtiyazlı şərtlərlə ticarət olunan məhsulların siyahısını tərtib edəcək".

Nazir əlavə edib ki, razılığa gəlinən əsas məsələlərdən biri də Pakistan-Azərbaycan birgə müəssisələrinin yaradılmasıdır. "Hesab edirəm ki, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və energetika sahəsində fəaliyyət göstərən birgə müəssisələrin yaradılması üçün gözəl imkanlar mövcuddur", - deyə o bildirib.

Onun sözlərinə görə, razılığa gəlinən digər məsələ isə viza rejiminin sadələşdirilməsidir ki, bu da bir çox sahəyə müsbət təsir edəcək.
banner

Oxşar Xəbərlər