• cümə, 29 Mart, 09:07
  • Baku Bakı 5°C

Nazir: “Azərbaycanda əlillərin 45 faizi qadınlardır”

08.04.14 13:44 1015
Nazir: “Azərbaycanda əlillərin 45 faizi qadınlardır”
“Azərbaycanda əlilliyi olan şəxslərin ümumi sayının 44,4 faizini qadınlar təşkil edir. Azərbaycan qanunvericiliyində cinsi bərabərlik, qadın hüquqlarının qorunması tam olaraq əksini tapıb”. Bunu yap.org.az-a müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir vurğulayıb ki, hazırda Azərbaycanda sağlamlıq imkanları məhdud 62860 nəfərə yaxın 18 yaşınadək uşaq var. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna əsasən, belə uşaqların dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları var”.
S. Müslümovun sözlərinə görə, qanuna uyğun olaraq, aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını təmin edirlər. “Eyni zamanda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara dövlət tərəfindən sosial müavinət verilir, onların statusu və göstərilən yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. Təkcə son beş ildə 13074 nəfər sağlamlıq imkanları məhdud uşaq həm respublika daxilindəki, həm də xarici ölkələrdəki reabilitasiya mərkəzlərində reabilitasiya xidməti ilə təmin olunub. Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz olunub”.
banner

Oxşar Xəbərlər