AZE | RUS | ENG |


Nazir: “Azərbaycan turizmin inkişafının yeni mərhələsindədir”

Nazir: “Azərbaycan turizmin inkişafının yeni mərhələsindədir”
"Azərbaycan turizmin inkişafının yeni mərhələsindədir. Son illərdə cənab prezidentin imzaladığı silsilə sərəncamlar göstərir ki, dövlətin prioritet istiqaməti qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi məhz turizmdir”. 
  
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev deyib. Nazir turizm sektorunun təbliğ olunmasında medianın mühüm rol oynadığını qeyd edib və bu sahəyə həssas münasibətinə görə kütləvi informasiya nümayəndələrinə təşəkkürünün bildirib. 
 
Ə. Qarayev bildirib ki, Birinci Ticarət Festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək: "Ticarət festivalının keçirilməsi haqqında danışanda kimsə düşünməsin ki, dükana gedib, nəyisə güzəştlə alacağıq və bununla məsələ bitəcək. Festival böyük bir mədəni proqramın əhatə olunması ilə zəngin olmalıdır. Ticarət festivalı insanları həm maddi, həm də mənəvi cəhətdən zənginləşdirməlidir”. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202