• cümə, 29 Mart, 10:33
  • Baku Bakı 5°C

Nazir: "Azərbaycan prezidentinin İrana səfərinə hazırlıq gedir"

25.02.17 16:00 1097
Nazir: "Azərbaycan prezidentinin İrana səfərinə hazırlıq gedir"
"Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinə hazırlıq gedir". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədriŞahin Mustafayevdeyib.
Nazir qeyd edib ki, hələlik səfər çərçivəsində müzakirə olunacaq məsələlərdən, imzalanacaq sənədlərdən danışmaq tezdir. Bununla yanaşı, Ş. Mustafayev səfərin konkret tarixini də açıqlamayıb.
"Qarşılıqlı maraq doğuran məsələlər yüksək səviyyədə və qarşılıqlı hörmət, dostluq şəraitində müzakirə olunacaq", - deyə o qeyd edib.
banner

Oxşar Xəbərlər