• cümə, 29 Mart, 05:39
  • Baku Bakı 7°C

Nazir: "Azərbaycan İran tərəfində dəmir yolunun tikintisi üçün kredit ayırmağa hazırdır"

30.10.17 15:00 585
Nazir: "Azərbaycan İran tərəfində dəmir yolunun tikintisi üçün kredit ayırmağa hazırdır"
"Noyabrın 1-də Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda keçiriləcək görüşü ilk növbədə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına həsr olunub ".
APA-nın məlumatına görə, bunu xarici işlər naziriElmar Məmmədyarovbildirib.
Nazir deyib ki, ilk görüş Bakıda keçirilib: "Şimal-Cənub nəqliyyat dəhlizinə maraq çox böyükdür. Azərbaycan hətta İran tərəfində dəmir yolunun qalan hissəsinin tikintisi üçün İrana kredit də ayırmağa hazırdır. Bu yaxınlarda Azərbvaycan-İran hökumətlərarası komissiyasına iqtisadiyyat naziriŞahin Mustafayevyeni həmsədr təyin edildi. Kredit şərtləri geniş müzakirə olunur. Bu məsələlər prezidentlərin də görüşündə diqqət mərkəzində olacaq".
banner

Oxşar Xəbərlər