• cümə axşamı, 25 aprel, 13:14
  • Baku Bakı 23°C

Nazir Azərbaycan idmançılarının "Rio-2016"dakı çıxışlarını dəyərləndirib

22.08.16 20:30 1105
Nazir Azərbaycan idmançılarının "Rio-2016"dakı çıxışlarını dəyərləndirib
"Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından sonra statistik rəqəmlər, idmançılarımızın 18 medal qazanmasıAzərbaycanı xüsusi yerə qoyur."
"Report" xəbər verir ki, bunu gənclər və idman naziriAzad Rəhimov"Rio-2016"da Azərbaycan idmançılarının çıxışlarını olimpiadaya ezam olunmuş jurnalistlərəmüsahibəsində dəyərləndirərkənbildirib.
O deyib ki,Azərbaycan dünyada idmançıların faydalılığına görəbirinci yerdədir: "Bu, məşhur "Telegraf" agentliyinin yaydığı məlumatda da əks olunub.Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ci sıradayıq. Bu da inanılmaz dərəcədə yüksək nəticədir. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-də 2-ciyerdəyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdir. Medal keyfiyyəti baxımından isə39-cu sıradayıq. Baxmayaraq ki, "London-2012"də 30-cu idik. Amma gümüş medalların sayı "qızıl"ları ikiqat əvəzləyir. Sevindirici hal odur ki, 2 deyil, 5 idman növündə medal qazanmışıq."
Onun sözlərinə görə, bizi qızıl medal sayında qabaqlayanlar 2, maksimum 3 növdə medal əldə ediblər:"Həmin ölkələr üstünlüyü bu növlərə veriblər, digər növlər diqqətdən kənarda qalıb. Amma bizim geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə hər istiqamətə fikir verilir, nəticə də üzdədir", -deyə A.Rəhimov diqqətə çatdırıb.
Nazir onu da bildirib ki, olimpiadada sərbəst güləşçilərin65 kq çəki dərəcəsində final görüşləri zamanı rusiyalıSoslan Ramonovunbaşla ya qəsdən, ya da təsadüfən hərəkət edərək, olimpiya çempionuToğrulu Əsgərovuciddi zədələyib: "Toğrul Əsgərov olimpiadaya tam hazır idi. Amma özü ilə görüşəndə sifətində böyük şiş gördük. Səbəbini soruşduq, dedi ki, final görüşündəbirinci andan toqquşma oldu.Toğrul deyirdi ki, gözlərim qaralmışdı, görmürdüm. Nəticədə 0:11 hesablı məğlubiyyət oldu. Düzdür, belə məğlubiyyətidmançıya yaraşmır. Ammasəbəbi özü ilə görüşəndənsonra məlum oldu. Elə hərəkət dəidmançıyayaraşmır. Amma bunun səbəbi var. Bu cür qeyri-idman hərəkətləri, davranışları bizi sevindirmir".

banner

Oxşar Xəbərlər