• cümə, 29 Mart, 00:48
  • Baku Bakı 7°C

Nazir: “Ali təhsildə innovativ layihələrin inkişafı üçün vahid milli platformadan çıxış etməliyik”

16.06.17 13:40 1088
Nazir: “Ali təhsildə innovativ layihələrin inkişafı üçün vahid milli platformadan çıxış etməliyik”
”Bu gün universitetlərdə "startap” layihələrin həyata keçirilməsi sahibkarlıq ruhlu gənclərin innovasiya sahəsinə cəlb edilməsinə, biznes potensialının artmasına xidmət edir”.
APA-nın xəbərinə görə, təhsil naziriMikayıl Cabbarovbildirib ki, belə layihələrin həyata keçirilməsi universal modelə yaxınlaşmaqda, ali məktəblərin əlavə maliyyə imkanları əldə etməsində müəyyən rol oynaya bilər. Nazir qeyd edib ki, yalnız şüarlarla və dəvətlərlə iş adamlarını, dövlət şirkətlərini, biznesmenləri tələbələrlə bu sahədə birgə işlərə cəlb etmək mümkün deyil: "Onların vətənpərvərlik hissi, təhsilli gənclərə vermək istədikləri töhfə yardımçı faktorlardır. Uğurlu olmaq üçün təhsil sistemində növbəti addım ataraq innovasiya, "startap” layihələri həyata keçirilməlidir. Bununla da ölkə iqtisadiyyatı müasir çağırışlara uyğunlaşdırılmalıdır. Bunun da yolubiliklərin kommersiyalaşdırılması sahəsindən asılıdır. Ali təhsil, geniş mənada təhsil sahəsində yolun başlanğıcındayıq. Biz bu sahədə və istiqamətdə vahid milli platformadan çıxış etməliyik. İş adamları, maliyyə mənbələri təqdim edən tərəflərlə müzakirələr bu sahəni daha məhsuldar edə bilər”.
banner

Oxşar Xəbərlər