• cümə, 29 Mart, 09:16
  • Baku Bakı 5°C

Nazir: ABB-nin öhdəliklərinin restrukturizasiyası Azərbaycanın kredit reytinqinə mənfi təsir etməyəcək

30.06.17 14:20 968
Nazir: ABB-nin öhdəliklərinin restrukturizasiyası Azərbaycanın kredit reytinqinə mənfi təsir etməyəcək
Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin restrukturizasiya proqramının qəbulundan sonra xarici kreditorların xeyirinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq.
"APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəsi zamanı maliyyə naziriSamir Şərifovdeyib. Onun sözlərinə görə, ABB-nin öhdəlikləri ilə bağlı dövlətin xarici borcunu artsa da, bu, Azərbaycanın kredit reytinqinə mənfi təsir etməyəcək.
S.Şərifov əlavə edib ki, ABB-nin öhdəliklərinin restrukturizasiya proqramı gələcəkdə bankın özəlləşdirilməsinə də mühüm töhfə verəcək.
banner

Oxşar Xəbərlər