• cümə, 19 Aprel, 23:40
  • Baku Bakı 24°C

Naxçıvanlı alimin həmmüəllifi olduğu monoqrafiya Ukraynada işıq üzü görüb

06.07.17 16:40 1338
Naxçıvanlı alimin həmmüəllifi olduğu monoqrafiya Ukraynada işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Poltava Dövlət Texniki Universitetinin birgə əməkdaşlığı nəticəsində "İqtisadiyyatın enerji effektivliyi: problemləri bu gün və sabah” adlı monoqrafiya Ukraynada nəşr edilib.
İnstitutun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın həmmüəllifi olduğu monoqrafiyada naxçıvanlı alimin "Naxçıvan Muxtar Respublikasının enerji effektivliyin xüsusiyyətləri” adlı məqaləsi öz əksini tapıb.
Məqalədə Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyi və enerji effektivliyi sahəsində idxaldan ixraca keçdiyi tarix, mövcud vəziyyət və inkişaf istiqamətlərindən bəhs edilir. Həmçinin bu sahədə qoyulan investisiyalardan və müxtəlif beynəlxalq sazişlərdən, eləcə də bərpa olunan enerji mənbələrinin muxtar respublikada istifadəsindən söz açılır. S. Cabbarova məqalədə bərpa olunan və alternativ enerji mənbələrdən istifadənin bütövlükdə regionun enerji effektivliyinin artmasına gətirib çıxaracağını göstərir.
Müəlliflər monoqrafiyanın sonunda bərpa olunan enerji sahəsini inkişaf etdirməyə dair tövsiyələr verirlər.
banner

Oxşar Xəbərlər