• cümə, 19 Aprel, 19:15
  • Baku Bakı 24°C

Naxçıvanın 90 illik yubileyi qeyd olunacaq - Sərəncam

14.01.14 16:53 1741
Naxçıvanın 90 illik yubileyi qeyd olunacaq - Sərəncam
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.
Mədəniyyət və Turizm, Xarici İşlər, Təhsil nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Sərəncamda NMR-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tövsiyə edilir.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, 2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur.
banner

Oxşar Xəbərlər