• cümə, 19 Aprel, 23:23
  • Baku Bakı 24°C

Naxçıvanı BTQ ilə birləşdirəcək xəttin tikintisinə bu il başlanacaq

21.03.21 18:15 952
Naxçıvanı BTQ ilə birləşdirəcək xəttin tikintisinə bu il başlanacaq
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Naxçıvan dəmir yollarına birləşdirilməsinə bu il başlanacaq.
"Report”bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Azərbayacanın Qarabağ müharibəsində qələbəsindən sonra layihənin sürətləndirilməsi qərarı qəbul edilib. Belə ki, layihə çərçivəsində Qars-İğdır-Naxçıvan istiqamətində230kilometr uzunluğunda dəmir yolu xətti çəkiləcək. Bu xətt İran, Əfqanıstan və Pakistanla birləşdiriləcək.
Xatırladaq ki, BTQ30oktyabr2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə3ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı2dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin504kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin263kilometri Gürcüstandan keçir. Yolun79kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə17milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər