• cümə axşamı, 28 mart, 14:35
  • Baku Bakı 16°C

Naxçıvanda qalibə 200 qram qızıl veriləcək

05.05.17 13:25 1083
Naxçıvanda qalibə 200 qram qızıl veriləcək
Bu gün Naxçıvan kubokunun təqdimatı keçiriləcək.
Kaspi.az xəbər verir ki, tədbir Naxçıvanın "Duzdağ” otelində keçiriləcək. Ayın sonunda baş tutacaq turnirdə minimum 8 komandanın iştirak etməsi planlaşdırılır. Turnirdə Türkiyədən də komandaların olacağı gözlənilir.
Yarışın qalibinə tərkibində 200 qram qızıl olan kubok təqdim ediləcək. Kubok bu gün keçiriləcək tədbirdə nümayiş olunacaq.
Xatırladaq ki, bu il təşkil ediləcək turnir sayca ikincidir. Ötən il baş tutan ilk yarışın qalibi hazırda mövcud olmayan "Neftçala” komandası olmuşdu.
banner

Oxşar Xəbərlər