• cümə axşamı, 28 mart, 22:36
  • Baku Bakı 13°C

Naxçıvanda FHN-in zabit və gizirləri üçün inşa edilmiş yaşayış binası istifadəyə verilib - Fotolar

11.01.17 15:30 1430
Naxçıvanda FHN-in zabit və gizirləri üçün inşa edilmiş yaşayış binası istifadəyə verilib - Fotolar
Azərbaycan prezidentiİlham ƏliyevNaxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezidentİlham Əliyevmənzillərdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.
Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir.
Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.





banner

Oxşar Xəbərlər