• şənbə, 20 Aprel, 14:48
  • Baku Bakı 23°C

Naxçıvanda əhalinin sayı 461 mini ötüb

26.01.21 12:30 382
Naxçıvanda əhalinin sayı 461 mini ötüb
2020-ci ilin dekabrın 1-i vəziyyətinə Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətdə 2,3 min nəfər artaraq 461 658 nəfər təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2020-ci ilin ötən dövründə əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 5,4 nəfər təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir.
Bu dövr ərzində əhalinin hər 1 000 nəfərinə hesabı ilə ən az boşanma halı da muxtar respublikada qeydə alınıb.

banner

Oxşar Xəbərlər