• cümə, 29 Mart, 17:35
  • Baku Bakı 14°C

Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib

20.10.19 15:41 855
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
Naxçıvan Qarnizonunda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindənAZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Dövlət Müstəqilliyi Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular arasında "Hər sözümüz Vətən desin!” adlı şeir müsabiqəsi keçirilib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov dövlət müstəqilliyinin qazanıldığı ilk illərdə muxtar respublika əhalisinin ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşdiyini və dahi liderin Naxçıvanı düşmən işğalından qoruduğunu vurğulayıb. Bildirib ki, bu gün ordu quruculuğu siyasəti uğurla davam etdirilir və Naxçıvanın müdafiə potensialı daha da möhkəmləndirilir. Yaradılan şəraitin nəticəsidir ki, daim əli tətikdə, gözü hədəfdə olan hərbçilərimiz müxtəlif yarış və müsabiqələrdə də öz bacarıqlarını nümayiş etdirir, birinci olmaq üçün mübarizə aparırlar.
Naxçıvan ¬Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, birliyin üzvləri Həsənəli Eyvazlı, Əbülfəz Ülvi, Zeyqəm Vüqar və digərləri xalq-ordu birliyindən danışıb, "Hər sözümüz Vətən desin!” adlı şeir müsabiqəsinin hərbi qulluqçuların yaradıcılıq qabiliyyətlərinin və qiraət bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynadığını qeyd ediblər.
Çıxışların ardından müsabiqədə iştirak edən zabit və əsgərlər Vətənimizə həsr edilmiş şeirləri bədii qiraət ediblər.
Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıblar.
***
Silsilə tədbirlər çərçivəsində Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov müstəqilliyimizin əbədi və dönməz olduğunu vurğulayıb. Bildirib ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli yüksəkliklər düşməndən azad edildi. Təbii ki, bütün bunlar da müstəqilliyimizin dayağı olan ordumuzun qüdrətindən xəbər verir.
Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək və ansambl üzvləri tərəfindən mahnılar və milli rəqslər ifa edilib, Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətənimizə həsr edilmiş şeirləri bədii qiraət edib, Naxçıvan Musiqi Kollecinin "Gənclik” İnstrumental Ansamblının solistləri və Naxçıvan Dövlət Universitetinin tələbələri konsert proqramı ilə çıxış ediblər.
Sonda tədbirdə fəal iştirak edənlər mükafatlandırılıblar.
banner

Oxşar Xəbərlər