AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Naxçıvan MTN-in sabiq əməkdaşı Azərbaycana veriləcək

Naxçıvan MTN-in sabiq əməkdaşı Azərbaycana veriləcək

Təfsilat
02 Sentyabr 2013, 16:19 1043
Yaroslavl vilayət məhkəməsində hakim Yuri Zuyevin sədrliyi ilə keçirilən iclasda Naxçıvan MTN-nin sabiq əməkdaşı İbrahim Musayev barədə qərar çıxarılıb. APA-nın məlumatına görə, məhkəmə adı çəkilən şəxsin Azərbaycana ekstradisiyasına qərar verib.

Qeyd edək ki, İ. Musayev İran lehinə casusluqda ittiham olunmuş, sonradan Naxçıvan MTN həbsxanasında dünyasını dəyişmiş Turac Zeynalovun həyat yoldaşını qətlə yetirmək barədə tapşırıq aldığını, lakin bu tapşırığı yerinə yetirməkdən imtina etdiyini bildirib. Naxçıvan MTN isə bəyanat yayaraq, İ. Musayevlə heç bir əlaqəsi olmadığını qeyd edərək onu dələduz və fərari adlandırıb. Naxçıvan MTN-nin açıqlamasında T. Zeynalovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. 2012-ci ilin sentyabrında İ. Musayev həyat yoldaşı ilə Rusiyaya gələrək, bu ölkədə qaçqın statusunu almağa cəhd göstərib. Lakin Rusiya müvafiq orqanları onun Azərbaycan tərəfindən axtarışa verildiyi əsas gətirərək, müraciəti rədd ediblər.