• cümə axşamı, 28 mart, 18:34
  • Baku Bakı 13°C

Naxçıvan əhalisinin alıcılıq qabiliyyəti artıb

04.03.17 09:45 1079
Naxçıvan əhalisinin alıcılıq qabiliyyəti artıb
Ötən il Naxçıvan Muxtar Respublikasında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 413,2 manat olmaqla, 1995-ci ildəki göstəricini 26 dəfə üstələyib.
"Report" Naxçıvan Muxtar RespublikasınınDövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ildə muxtar respublikada əhali gəlirlərinin həcmi 1995-ci illə müqayisədə 58 dəfə artaraq 1 milyard 825 milyon manat təşkil edib.
Bu dövr ərzində hər bir nəfərə düşən əhali gəlirlərinin həcmi isə 43 dəfə artaraq 4086 manata çatıb. 2016-cı ildə muxtar respublikada pərakəndə əmtəə dövriyyəsinin həcmi 1995-ci illə müqayisədə 41 dəfə artaraq 1 milyard 506 milyon manatdan, onun hər bir nəfərə düşən həcmi isə 31 dəfə artaraq 3371 manatdan çox olub.
Ümumi əmtəə dövriyyəsinin 1 milyard 450 milyon manatı və ya 96,3 faizi pərakəndə ticarət şəbəkələrinin payına düşüb. Pərakəndə ticarət şəbəkələrində hər bir nəfərə düşən ticarət dövriyyəsi göstəricisinə görə muxtar respublika ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ilk yerdə təmsil olunub. Bu gün istеhsаlçı və istеhlаkçılаrın qаrşılıqlı fəаliyyətinin təmin olunduğu bazar iqtisadiyyatında təhlil edilən mühüm göstəricilərdən biri də pərakəndə ticarət şəbəkələrində satılan məhsulların tərkibində yerli istehsal məhsullarının üstünlük təşkil etməsidir.
Bu göstəriciyə görə də muxtar respublika üstün mövqeyini qoruyaraq saxlayıb. Belə ki, bu gün muxtar respublikada 120 növü ərzaq, 246 növü qeyri-ərzaq olmaqla, 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilməkdədir. Ötən il muxtar respublikada əhaliyə iaşə şəbəkələrində 56 milyon manatlıq xidmət göstərilib ki, bu da pərakəndə əmtəə dövriyyəsinin 3,7 faizini təşkil etmişdir. 2016-cı ildə iaşə dövriyyəsinin həcmi 2015-ci illə müqayisədə 2,3 faiz artıb.
banner

Oxşar Xəbərlər