• cümə axşamı, 28 mart, 21:04
  • Baku Bakı 13°C

“Naxçıvan” dünya və Avropa çempionu ilə müqavilə bağlayıb

30.01.17 16:59 1225
“Naxçıvan” dünya və Avropa çempionu ilə müqavilə bağlayıb
Kişi voleybolçulardan ibarət "Naxçıvan” klubunun gücləndirilməsi davam edir. Apasport.az saytının məlumatına görə, muxtar respublika təmsilçisinin heyətinə yeni oyunçularla yanaşı, yeni baş məşqçi də dəvət edilib.

Belə ki, Azərbaycan Yüksək dəstəsində 10 turdan sonra 4-cü pillədə qərarlaşan komanda təcrübəli Aleksandr Çyornıya həvalə edilib. SSRİ yığması ilə dünya və Avropa çempionu olan rusiyalı ilə əməkdaşlıq uzun müddətə nəzərdə tutulub.
Voleybolçu karyerası ərzində əsasən Moskva MOİK-ində oynayan Çyornı 10 dəfə SSRİ çempionu, 4 dəfə İttifaq kubokun sahibi və 6 dəfə avrokubokların qalibi adını qazanıb. 1996-cı ildən məşqçilik fəaliyyətinə başlayan "Naxçıvan”ın yeni çalışdırıcısı "Oktan”da (Novokuybışevsk) icraçı direktor da işləyib.

Mütəxəssislə yanaşı, komandaya 2 yeni voleybolçu da cəlb edilib. Bunlar Dmitri Baranov və Aleksandr Vasilyevdi.

23 yaşlı Baranov blokçudu. 200 sm boya malik voleybolçu "Lokomotiv-2” (2007-2012) və "Kuzbass-2” (2012-2016) klublarında forma geyinib. O, 2014/2015 mövsümündə mübarizə apardığı çempionatın ən yaxşı blokçusu seçilib. Bunadək isə aşağı liqalarda adından söz etdirib.

Vasilyev isə 1990-cı il təvəllüdlüdü. Hücumçu olan Aleksandrın da boyu 200 sm-di. O, "Naxçıvan”a 2012-ci ildən çıxış etdiyi "Yaroslaviç”dən transfer edilib. Voleybolçu 2010-2012-ci illərdə isə Krasnodar "Dinamo”sunun şərəfini qoruyub.

Bu "üçlük” artıq komandaya təqdim olunub.
banner

Oxşar Xəbərlər