• cümə, 29 Mart, 17:33
  • Baku Bakı 14°C

NATO PA rəhbəri: “Cənubi Qafqazda sabitliyin bərqərar olması NATO-nun əsas məqsədlərindən biridir”

26.05.17 15:15 756
NATO PA rəhbəri: “Cənubi Qafqazda sabitliyin bərqərar olması NATO-nun əsas məqsədlərindən biridir”
NATOParlament Assambleyasının sədri Paolo Alli Tiflisdə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.
APA-nın Gürcüstanbürosunun məlumatına görə,NATOParlament Assambleyasının yaz sessiya çərçivəsində keçirilən görüşdə P. Alli Gürcüstanın Avropa və Avroatlantik məkana tam inteqrasiyasını dəstəklədiyini bildirib. O qeyd edib ki, regionda sabitliyin bərqərar olmasıNATO-nun əsas məqsədlərindən biridir. P. Alli Gürcüstanın nəinki regional, həm də qlobal təhlükəsizlik məsələlərində böyük rol oynadığını bildirib.
Görüşdən sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandıran İ. Kobaxidze bildirib ki, Avroatlantik strukturlara inteqrasiya Gürcüstanın əsas prioritetlərindən biridir. O qeyd edib ki,NATOPA-nın yaz sessiyasının Tiflisdə keçirilməsi bu prosesi daha da sürətləndirəcək. P. Alli isəNATOPA-da müzakirə olunacaq məsələlərin əhəmiyyətini önə çəkərək qəbul olunacaq sənədin və tövsiyələrin bütün ölkələr üçün vacib olduğunu bildirib.
Qeyd edək ki,NATOPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edir. ÖlkəmiziMilli Məclissədrinin birinci müavini,NATOParlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edir.
banner

Oxşar Xəbərlər