• cümə axşamı, 25 aprel, 12:20
  • Baku Bakı 23°C

NATO nümayəndəsi: “Hər iki tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün substantiv danışıqlara çağırırıq”

30.06.17 12:50 4620
NATO nümayəndəsi: “Hər iki tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün substantiv danışıqlara çağırırıq”
NATObaş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms AppaturayınAPA-ya müsahibəsi
- AzərbaycanNATOüçün nə deməkdir? AzərbaycanlaNATOarasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Hesab edirik ki, qonşularımız daha sabit olanda, biz daha təhlükəsiz oluruq. Əlaqələrimiz bizim ortaq marağımıza uyğundur. Məsələn, Azərbaycan bizim Əfqanıstandakı missiyamıza töhfə verir. Eyni zamandaNATOAzərbaycana kömək edir.NATOvə müttəfiqləri müdafiə və təhlükəsizlik sahəsində islahatlara dair əhəmiyyətli təcrübəyə malikdir və Azərbaycan bu resursdan silahlı qüvvələrinin və müdafiə sahəsində təhsilin modernləşdirilməsi, silahlı qüvvələrdə şəffaflığın təşviqi, minadan təmizləmə əməliyyatlarının həyata keçirilməsi vəNATOtəlimlərində iştirak etməklə istifadə edir. Bu təlimlərdən biri dəNATO-nun hər il həyata keçirdiyi fəlakətlərə cavab təlimləridir və Azərbaycan komandası da bu ilin sonlarında Bosniya və Herseqovinada keçiriləcək bu təlimlərdə iştirak edəcək. Azərbaycan vəNATObu yaxınlarda Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) sahəsində razılığa gəlib. Plan əməkdaşlıq üçün razılaşdırılmış vəzifələri və bu vəzifələrin həyata keçirilməsi üçün qrafiki müəyyənləşdirir. Biz Azərbaycan tərəfindən 2004-cü ildə təsdiq edilmiş Müdafiə İnstitutu Quruculuğu naminə Tərəfdaşlıq üzrə Əməliyyat Planının vəzifələrini yerinə yetirmək də daxil olmaqla, gələcəkdə də bu ölkəni bizimlə daha sıx işləməyə çağırırıq.
- Hazırda AzərbaycanNATOilə Qətiyyətli Dəstək Missiyası üzrə tərəfdaşlıq edir. Gələcək üçün planlar nədən ibarətdir?
- Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə təlim, yardım və məsləhət vermək daxil olmaqla, Azərbaycan qüvvələrininNATOtərəfindən həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirakını yüksək qiymətləndiririk. AzərbaycanNATOtərəfindən həyata keçirilən əməliyyatların aktiv və möhkəm tərəfdaşıdır. Azərbaycanın hazırda Əfqanıstanda həyata keçirdiyi fəaliyyətə 94 nəfərlik heyət daxildir və eyni zamanda bu ölkə Əfqanıstanda siyasi, hərbi və logistik dəstək həyata keçirir, tranzit və treninq, humanitar minadan təmizləmə və Əfqan Milli Etimad Fonduna 1,6 milyon dollar maliyyə yardımı etməklə, qeyri-döyüş fəaliyyətlərində iştirak edir.NATOQətiyyətli Dəstək Missiyasını dəstəkləməyə davam edəcəyi üçün biz Azərbaycanla bu uğurlu əməkdaşlığı davam etdirmək istəyirik.
-NATOüçün Dağlıq Qarabağ kimi problemi olan bir ölkə ilə işləmək çətindirmi? Siz bu münaqişənin gələcəyi ilə bağlı nə düşünürsünüz?
- Ötən il atəşkəs rejiminin mütəmadi şəkildə pozulması ilə yanaşı, təmas xəttində zorakılığın daha da artması onu göstərdi ki, tərəflər üçün ağır texnikanı geri çəkmək, təmkin nümayiş etdirmək, atəşkəs rejiminə ciddi şəkildə əməl etmək və gərginliyi azaltmaq nə dərəcədə vacibdir. Bu, sülh yolu ilə nizamlama istiqamətində yeganə yoldur və bu münaqişənin hərbi yolla həlli yoxdur.NATODağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda birbaşa iştirak etmir. Bu danışıqlarATƏT-in Minsk Qrupu çərçivəsində aparılır. Biz hər iki tərəfi substantiv danışıqlarda iştirak etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləməyə çağırırıq.
- Bildiyimiz kimi, Almaniya Türkiyədəki "İncirlik” hərbi bazasındakı qüvvələrini geri çəkmək barədə qərar qəbul edib. Bu qərarNATO-nun regiondakı mövqeyinə necə təsir edəcək?
-NATObaş katibi bu məsələ ilə bağlı həm Türkiyə, həm də Almaniya rəhbərliyi ilə mütəmadi kontaktdadır. Biz onların arasında davam edən dialoqu dəstəkləyirik və ümid edirik ki, hər iki vacib müttəfiqlər bu məsələni tez bir zamanda həll edəcəklər. Bu fikir ayrılığınınNATOəməliyyatlarına heç bir birbaşa təsiri yoxdur.
banner

Oxşar Xəbərlər