• cümə, 19 Aprel, 09:15
  • Baku Bakı 13°C

Narkotik vasitələrlə bağlı cinayətlərin sayı açıqlanıb

07.08.17 19:10 1484
Narkotik vasitələrlə bağlı cinayətlərin sayı açıqlanıb
2017-ci ilin yanvar - iyun aylarında qeydə alınmış 13182 cinayət hadisəsinin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onların 63,9%-ni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, 28,2%-ni eyni hərəkətləri satış məqsədilə etmə, bu maddələri hazırlama, istehsal və emal etmə, daşıma, göndərmə və satma, 6,1%-ni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,8%-nigüclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər təşkil edib.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1302 nəfərin 89,6%-i heç yerdə işləməyən və oxumayanlar, 39,4%-i əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir. Cinayət törətmiş şəxslərin 0,2%-i yetkinlik yaşına çatmayanlar, 8,6%-i 18-24 yaşlı, 13,9%-i 25-29 yaşlı gənclər,77,3%-i isə 30 və yuxarı yaşlı şəxslər olub.
2017-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 639,2 kiloqram narkotik maddələrin 55,2 kiloqramını heroin, 426,9 kiloqramını marixuana, 119,5 kiloqramını tiryək, 2,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 35,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
banner

Oxşar Xəbərlər