• cümə, 29 Mart, 19:10
  • Baku Bakı 14°C

Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu vaxtından əvvəl azadlığa buraxılıb

11.09.17 12:45 1558
Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu vaxtından əvvəl azadlığa buraxılıb
Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu azadlığa buraxılıb.
APA-nın məlumatına görə, bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.
banner

Oxşar Xəbərlər