AZE | RUS | ENG |

“Nar bağı” filmi “YARAT”da nümayiş etdiriləcək

“Nar bağı” filmi “YARAT”da nümayiş etdiriləcək
Sentyabrın 19-da "YARAT” Müasir İncəsənət Mərkəzində rejissor İlqar Nəcəfin "Nar bağı" filmi təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti ilə görüş keçiriləcək. Filmin nümayişində hər kəs iştirak edə bilər.

Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası və "Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsəri 2017-ci ildə ərsəyə gəlib. "Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6877
GBP 1 İngilis funt sterlinqi 2.3763
TRY 1 Türk lirəsi 0.4519
KWD 1 Küveyt dinarı 5.6759
SEK 1 İsveç kronu 0.2125
EUR 1 Avro 2.1060
CHF 1 İsveçrə frankı 1.8268
USD 1 ABŞ dolları 1.7001