AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb - Video

Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb - Video

Cəmiyyət
26 Fevral 2021, 17:00 401
Milli Məclisin deputatı Naqif Həmzəyev Türkiyənin "A Haber” televiziya kanalının "Memmleket meselesi” verlişinin qonağı olub.
Kaspi.az-ın məlumatına görə, Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıçın, beynəlxalq əlaqəlar mütəxəssisi Prof.Dr. Mesut Hakkı Caşının, icmalçı Prof.Dr. İlyas Topsakkalın, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevanın da iştirak etdiyi verilişdə növbəti çeviliş astanasında olan Ermənistanda baş verən son hadisələrdən danışılıb. Ermənistanda həyata keçirilən çevrilişinin arxasında kimlərin dayandığı, bu ölkənin böhranına səbəb olan məsələlərdən danışılıb. Verilişin dəyərli qonaqları Xocalı soyqırımının günahsız qurbanlarını yada salıb, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş faciəni törədənlər pislənib.
Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verən Millət vəkili qeyd edib ki, bu il Azərbaycan xalqı Xocalı soyqrımını Qalib ölkənin vətəndaşları kimi anacaq.