AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Namiq Abdullayev: Gəlin, həyatımızı riskə atmayaq, bu virusla birgə mübarizə aparaq

Namiq Abdullayev: Gəlin, həyatımızı riskə atmayaq, bu virusla birgə mübarizə aparaq

Cəmiyyət
06 Aprel 2020, 15:45 134
Bu gün əzizlərimizlə görüşə bilməməyimiz sabah onları sağlam halda görmək üçündür.
Bunu Trend-ə açıqlamasında güləş üzrə Azərbaycanın birinci Olimpiya çempionu Namiq Abdullayev deyib. O, xalqımızı virusa qarşı birgə mübarizəyə dəvət edib:
"Əziz həmvətənlərim, hamımıza məlum olan koronavirus epidemiyasına qarşı təhlükəsizlik tədbirləri dövlətimiz tərəfindən gücləndirilmiş şəkildə davam etdirilir. Gəlin, bu çağırışlara lazımi şəkildə əməl edək, evdə qalaq, dəyərli vaxtımızı ailəmizlə, sevdiklərimzilə sağlam keçirək, bir olaq, birlik olaq. Biz evdə qalmaqla, özümüzü təcrid etməklə xəstəlikdən sığortalanmış oluruq. Bu gün əzizlərimizlə görüşə bilməməyimiz sabah onları sağlam halda görmək üçündür. Gəlin, həyatımızı riskə atmayaq, bu virusla birgə mübarizə aparaq”.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.