• cümə axşamı, 25 aprel, 15:11
  • Baku Bakı 23°C

Nabranda yol hərəkəti qaydalarını pozan 58 sürücü cəzalandırılıb

14.08.17 15:40 979
Nabranda yol hərəkəti qaydalarını pozan 58 sürücü cəzalandırılıb
Xaçmaz rayon Polis Şöbəsi(RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran qəsəbəsi ərazisində reyd keçiriblər.APA-nın şimal bürosuna verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 58 sürücü barəsində protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb.
Avtomobili sərxoş vəziyyətdə idarə edən 3, əlavə avadanlıq quraşdıran 2, ötmə qaydalarını pozan 10 sürücü saxlanılıb.
Bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.
banner

Oxşar Xəbərlər