• cümə, 29 Mart, 05:03
  • Baku Bakı 7°C

Nabrana 21 sm qar yağıb, Xınalıqda mənfi 15 dərəcə temperatur qeydə alınıb

21.01.21 10:51 382
Nabrana 21 sm qar yağıb, Xınalıqda mənfi 15 dərəcə temperatur qeydə alınıb
Şimal bölgəsində ən çox qar Qubanın Təngəaltı kəndinə yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, burda qarın hündürlüyü 23 sm-ə çatıb. Ən aşağı temperatur Qubanın Xınalıq və Qırız kəndlərində qeydə alınıb.
Bu yaşayış məntəqələrində temperatur mənfi 15 dərəcəyədək aşağı düşüb. Qubanın rayon mərkəzində 11, Xınalıq kəndində 17, Qırızda 11, Təngəaltıda 23 santimetr qar yağıb. Qusar şəhərinə 18, Xızının Altıağac qəsəbəsində 17, Xaçmazın Nabran kəndində isə 21 santimetr qar qeydə alınıb.
Quba və Qusarın rayon mərkəzlərində temperatur gecə saatlarında mənfi 6 dərəcəyədək aşağı düşüb.
banner

Oxşar Xəbərlər