• cümə, 19 Aprel, 16:41
  • Baku Bakı 25°C

“Nabat xalanın çörəyi” ingilis dilində - Fotolar

04.03.17 17:24 1531
“Nabat xalanın çörəyi” ingilis dilində - Fotolar
Martın 4-də Azərbaycan Dillər Universitetində (ADU) Xalq Şairi Nəriman Həsənzadənin ingilis dilinə tərcümə olunan "Auntie Nabat’s bread" ("Nabat xalanın çörəyi”) kitabının təqdimatı olub.

Kitabı ingilis dilinə "ADA” Universitetinin Təhsil İnstitutunun proqram mütəxəssisi Elnur İmanbəyli tərcümə edib.

AZƏRTACxəbər verir ki, əvvəlcə H.Həsənzadənin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev görkəmli şairin mənalı ömür yolundan, yaradıcılığından söz açıb. Bildirilib ki, incə qəlbli şair N.Həsənzadənin şeirləri hər zaman sevilərək oxunub, onun sözlərinə bəstələnən mahnılar bu gün də dillər əzbəridir. Müasir dövrün gəncləri də N.Həsənzadənin poeziyasına böyük maraq göstərirlər.

Ə.Abdullayev şairin "Nabat xalanın çörəyi” kitabının ingilis dilinə tərcümə olunmasının əhəmiyyətini qeyd edib, bu nəşrin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya ictimaiyyətinə çatdırılmasında dəyərli mənbə olacağına əminliyini bildirib.

ADU-nun xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, nəşrin redaktorlarından biri Şəhla Nagıyeva, tərcüməçisi Elnur İmanbəyli N.Həsənzadənin yaradıcılığından, povestin məzmunundan, zəngin milli koloritlərlə bol olan kitabın tərcümə prosesi zamanı yaranan maraqlı məqamlardan danışıblar. Bildirilib ki, kitabın digər redaktorları Qlazqo Universitetinin tələbəsi, eyni zamanda, "ADA” Universitetində tələbə mübadiləsi proqramında təhsil almış Yakub Çsabay, Bakı Avropa Liseyinin müəllimi Sinsia Mörfi, rəssamı isə Günay Həsənovadır.

Sonda N.Həsənzadə kitabın ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.





banner

Oxşar Xəbərlər