• cümə, 19 Aprel, 08:53
  • Baku Bakı 13°C

MY bir turniri qurban verməli olacaq?

05.04.17 13:25 928
MY bir turniri qurban verməli olacaq?
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo "Everton”la oyundan (1:1) sonra fikirlərini bildirib.

Kaspi.az xəbər verir ki, Mourinyo həddindən çox heç-heçə etdiklərini deyib. O, futbolçularının da çox zədələndiyini və buna görə də bir turniri qurban verə biləcəklərini vurğulayıb:

"İlk dördlüyə düşmək çox çətin olacaq. Baxmayaraq ki, hələ şansımız var. Biz çempionatda oktyabr ayından bəri məğlub olmuruq, amma həddindən artıq heç-heçə edirik. Ona görə də bu gün 5-ci yerdəyik.

Komandada ələ düşən imkanları reallaşdırmaq baxımından problemlər var. Mövsümün sonunda buna görə çox təəssüflənəcəyik. Avropa Liqasına üstünlük verəcəyik? Əgər MY futbolçularını itirməkdə davam edəcəksə, onda turnirlərdən birini qurban verə bilərik”.

"Mançester Yunayted” 29 oyundan sonra 54 xal toplayıb. Komandanı Çempionlar Liqası zonasından 4 xal ayırır.
banner

Oxşar Xəbərlər