• şənbə, 20 Aprel, 06:23
  • Baku Bakı 14°C

Muzdla çalışanların sayı 4,6 faiz artıb

16.10.19 16:00 764
Muzdla çalışanların sayı 4,6 faiz artıb
Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 1 milyon 611,1 min nəfər olub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, onlardan 899 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 712,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 20,4 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıblar.
banner

Oxşar Xəbərlər