• çərşənbə, 24 Aprel, 12:49
  • Baku Bakı 27°C

Müvəqqəti işlər vəkili: “ABŞ Azərbaycanın müstəqilliyini birmənalı dəstəkləyir”

21.01.15 15:10 1111
Müvəqqəti işlər vəkili: “ABŞ Azərbaycanın müstəqilliyini birmənalı dəstəkləyir”
“Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağmünaqişənin dinc yolla həlli mövqeyinə sadiqdir”. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan hazırkı dövlət katibi Con Kerri də daxil olmaqla, bir qrup senatorun 20 yanvar 1990-cı il ərəfəsində SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı müraciətin ortaya çıxmasına münasibət bildirərkən deyib.
Diplomat belə bir məktubla tanış olmadığını söyləyib: “Mediada belə iddialar irəli sürülüb. Amma bu cür iddialar tamamilə yanlış və əsassızdır. ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməsi uzun müddətdən bəri açıq şəkildə ortadadır və nümayiş olunur. Guya bizim ATƏT-in Minsk Qrupu çərçivəsində öz işimizə ciddi yanaşmamağımız və qərəzli olmağımızla bağlı iddialar da tamamilə yanlış və əsassızdır. Bizim Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi fəal yanaşmamız və iştirakımız, uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə nizamlanması istəyimiz bariz şəkildə özünü göstərir. Yəni onu demək istəyirəm ki, bizim hər bir fəaliyyətimiz göz önündədir”.
banner

Oxşar Xəbərlər