• cümə axşamı, 28 mart, 15:42
  • Baku Bakı 16°C

Mütəxəssis: “Azərbaycanda oynaq xəstəlikləri gəncləşib”

12.10.17 13:40 1446
Mütəxəssis: “Azərbaycanda oynaq xəstəlikləri gəncləşib”
Son illər Azərbaycanda oynaq xəstəliklərinin gəncləşməsi müşahidə edilir.
APA-nın xəbərinə görə, bunu Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsinin ortoped-travmatoloquNatiq Əliyevdeyib. Onun sözlərinə görə, gənc yaşlarda bu xəstəliklər daha çox travmatik xarakterli olur və sonradan inkişaf edir.
Həkim bildirib ki, bu gün Azərbaycanda əhalinin təxminən 7-10 faizi artrit və artroz xəstəliklərindən əziyyət çəkir. 40 yaşa kimi əhalinin 2 faizində, 45-50 yaş arasında 30 faizində , 50­65 yaşdan yuxarı isə 85-90 faizində artroz xəstəliyi müşahidə olunur: "Bu xəstəlik uşaqlarda da qeydə alınır ki, bunun da səbəbi ən çox anadangəlmə patologiyalarla bağlı olur. Məsələn, hemofiliya, revmatizm, iltihab xəstəlikləri nəticəsində bu xəstəliklər müəyyən zamandan sonra inkişaf edir. Xəstəlikdən sığortalanmaq üçün ilk olaraq insanın əzəli sistemi möhkəm olmalıdır, mütəmadi idmanla məşğul olmaq lazımdır .Təbii ki, uzunmüddətli idman oynaqlara mənfi təsir göstərir, bu səbəbdən də mütəmadi aktiv fəaliyyətdə olmaq olmaz. Bundan başqa, artıq çəki xəstəliyin yaranmasına və artmasına səbəb olur. Əgər bədən çəkisi iki faiz azalarsa, oynaqlarda ağrılar 20 faiz azalır. Bundan əlavə, oynaq xəstəliklərindən əziyyət çəkən insanlar soyuqdəymədən özünü qorumalı, fiziki təzyiqli işdən, yəni daim ayaq üstə qalmaqdan, uzun məsafəni bir dəfəyə dəf etməkdən və digər fəaliyyətlərdən uzaq durmalıdırlar".
N.Əliyev əlavə edib ki, payız qış mövsümündə, yazda yağışlar yağdıqda bu xəstəliklər aktivləşir, ən çox nəmişlik, rütubət olanda bu xəstəlikdən əziyyət çəkənlər özlərini narahat hiss edir, ağrıları kəskinləşir.
Onun sözlərinə görə, artroz xəstəliyin ağırlaşması nəticəsində əlillik yarana bilər.
banner

Oxşar Xəbərlər