• cümə, 29 Mart, 04:21
  • Baku Bakı 7°C

Mustafa Abbasbəyli: “İşğaldan azad edilən ərazilərdə böyük işçi qüvvəsinə ehtiyac olacaq”

06.04.21 15:00 1247
Mustafa Abbasbəyli: “İşğaldan azad edilən ərazilərdə böyük işçi qüvvəsinə ehtiyac olacaq”

"Bizim əsas funksiyalarımızdan biri əmək bazarının təhlilidir. Bu gün həyata keçirdiyimiz təhlil 3 əsas çağırışı ortaya qoyur”.
APA-nın məlumatına görə, bunu "Gənclərin dayanıqlı məşğulluğunun təmin edilməsi üçün yeni imkanlar” mövzusunda keçirilən onlayn görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, hazırda peşə ixtisası olmayan, ənənəvi peşələrə sahib kifayət qədər çox iş axtaran, digər tərəfdə isə tamamilə yeni formata keçmiş, yeni biliklərə, xüsusilə rəqəmsal bacarıqlara sahib kifayət qədər çoxlu işçiyə ehtiyacı olan işəgötürən var: "Bu uyğunsuzluğun aradan qaldırılması bizim birinci çağırışımızdır. Bu, çox önəmli məsələdir. Gənclərimizi müasir bazarın tələblərinə uyğunlaşdırmalıyıq ki, onlar öz məşğulluqlarını təmin edə bilsinlər. İkinci çağırış Müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərdə yaxın 5-10 ildə böyük sayda işçi qüvvəsinə ehtiyac olmasıdır. Bu, qeyri-ixtisas sahiblərindən tutmuş "ağıllı kənd", "ağıllı şəhər" konsepsiyasına uyğun bütün ixtisasları özündə ehtiva edir. Hesab edirik ki, yaxın 10 ildə, xüsusilə o ərazilərə yaxın regionda yaşayan gənclərin bu istiqamətə yönləndirilməsi vacibdir. Dünyada baş verən bir çox çağırışlar, kataklizmalar, xüsusilə COVİD-in yaratdığı pandemiya şəraiti əmək bazarını tamamilə fərqli formata keçirdi. Daha çox distant, onlayn, kənardan idarə olunan istiqamətlər formalaşıb. Bu da qarşımızda böyük çağırışdır".
banner

Oxşar Xəbərlər