AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Musiqili Teatrda Yeni il şənliyi “Yatmış gözəl və cırtdanlar“la olacaq

Musiqili Teatrda Yeni il şənliyi “Yatmış gözəl və cırtdanlar“la olacaq

30 Noyabr 2014, 13:22 1695
Azərbaycan Dövlət Musiqili Teatrında əyləncəli Yeni il şənliklərinə hazırlıqlar başa çatmaq üzrədir. Hər il olduğu kimi bu il də, teatrın kollektivi balaca tamaşaçıları uzun müddət unuda bilməyəcəkləri maraqlı anlar, sürprizlər, hədiyyələr və yeni tamaşa ilə sevindirəcək. Yeni İl bayram proqramlarının bəzəyi olan Şaxta baba və Qar qız balacaları teatrın məhz onlar üçün hazırladığı yeni tamaşaya – Şarl Peronun “Yatmış gözəl və cırtdanlar” səhnə əsərinə baxmağa dəvət edəcək.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadədir. E.Rəhimzadə Musiqili Teatrın hazıladığı Yeni İl şənliklərində balacaları "Disney"in məşhur nağıl qəhrəmanları, sehirli pərilər, oyunbaz çırtdanlar, cadugər, Santa Klaus, sevimli nağıl personajları – Macdonald, Vinni Pux və başqaları ilə əyləncəli anların gözlədiyini deyir.

“Yatmış gözəl və cırtdanlar” tamaşasındakı yatmış gözəli oyadacaq Prins – şahzadə məhz balaca tamaşaçılar arasından seçiləcək. Həmin balaca tamaşaçı – şahzadə zaldan səhnəyə gələnə qədər müxtəlif sınaqlardan keçərək sonda yatmış gözəli oyadacaq.

Qeyd edək ki, 2014-cü il dekabrın 25-dən 2015-ci il yanvarın 10-a qədər nümayiş olunacaq tamaşaların sonunda Şaxta baba hədiyyələrlə balaca tamaşaçıları sevindirəcək.