AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Musiqili Teatrda “Toya bir gün qalmış”

Musiqili Teatrda “Toya bir gün qalmış”

24 Noyabr 2014, 12:02 694
Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu-rejissoru, Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov un verdiyi məlumata görə, komediya günümüzlə səsləşən, aktual problemləri qabardan bir əsərdir. Əsərin əsas ideyası “İnsanlara kömək edin, biganəlikdən əl çəkin!” şüarını tamaşaçılara çatdırmaqdır. Qızının toyuna bir gün qalmış nazir evində oturduğu yerdəcə ölür. Arvadı qərara gəlir ki, bunu hamıdan gizlətsinlər. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vura bilər. Beləliklə, maddi maraqlar mənəvi tərəfi üstələyir. Evdə ölü ola-ola hamı çalıb oynayır. Sonda məlum olur ki, əslində kişi ölməyib, sadəcə kliniki ölüm keçirib. Ən maraqlı hadisələr isə o ayıldıqdan sonra baş verir. Nə baş verdiyini bilmək istəyənləri tamaşaya baxmağa dəvət edirik.” Premyerası dekabrın ortalarına nəzərdə tutulan tamaşanın quruluşçu rəssamı Nabat Salamova, rejissor assistenti Tamilla Aslanovadır. Əsas rolları Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar Artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları canlandırırlar. Tamaşada, həmçinin teatrın xor və balet truppasının artistləri çıxış edirlər.