• cümə, 19 Aprel, 22:31
  • Baku Bakı 24°C

Musiqi alətləri ustası: Zurna hazırlamaq xüsusi incəlik tələb edir

30.05.17 10:10 1636
Musiqi alətləri ustası: Zurna hazırlamaq xüsusi incəlik tələb edir
Toy şənliklərimizin bəzəyi olan, ən qədim musiqi alətlərimizdən sayılan zurna və balabanı ifa etmək qədər hazırlamaq da çətindir. Cənub bölgəsində bu sənəti indi də böyük həvəs və ustalıqla yaşadanlar var.
AZƏRTACxəbər verir ki, Lerik rayon sakini Əfrəddin Şahiyev uzun illərdir bu musiqi alətlərini hazırlamaqla məşğuldur. Bu sənət ona atası Xaniş Şahiyevdən yadigar qalıb.
Zurnanın mahir ifaçısı olan usta Ə.Şahıyev bildirir ki, bu musiqi alətini hazırlamaq xüsusi incəlik tələb edir. Zurnanı ərsəyə gətirmək üçün ərik ağacından istifadə olunur. Ağacın kəsilmə vaxtına və saxlanılmasına xüsusi diqqət yetirmək lazımdır. Yonulan ağac parçasının aşağı hissəsi yuxarıya qalxdıqca nazikləşdirilir. Ağac zurna halına salındıqdan sonra ona əhəng vurulur.
Ölkənin müxtəlif yerlərindən sifarişlər alan Əfrəddin Şahiyev zurna və balabana tələbatın kifayət qədər olduğunu bildirir. O, bəzi hallarda sifarişə uyğun olaraq musiqi alətinə əlavələr də edir.
Usta bildirib ki, hazırda balaban alıcılara 50-80, zurna isə 100-150 manata təklif edilir.
banner

Oxşar Xəbərlər