AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Müsəlman qardaşlar“dan Misir ordusuna ciddi xəbərdarlıq

“Müsəlman qardaşlar“dan Misir ordusuna ciddi xəbərdarlıq

Təfsilat
15 Avqust 2013, 12:43 871
Bakuinfo.Az ərəb mediasına istinadən xəbər verir ki, "Müsəlman qardaşlar" təşkilatının lideri Məhəmməd Beltaqi əl-Cəzirə kanalının efirində çıxış edərək Misirdəki son hadisələrə münasibət bildirib.

Ordunun həyata keçirdiyi repressiyaların qanunsuz olduğunu, xalqa güllə atılmasının isə ölkəni dərin böhrana və daha sonra vətəndaş müharibəsinə sürükləyəcəyini bildirən "Qardaşların" lideri, Misirdə qaranlıq güclərin Suriya ssenarisini həyata keçirməkdə olduqlarını bildirib.

"Allaha and olsun ki, əgər ordunun bu özbaşınalıqlarına son verilməsə, Misir Suriyaya çevriləcək!", deyə Beltaqi bildirib.

Qeyd edək ki, Beltaqinin 17 yaşlı qızı dünənki qarşıdurmalar zamanı Ədəviyyə meydanında Misir ordusunun əsgərləri tərəfindən öldürülüb.