• şənbə, 27 Aprel, 03:21
  • Baku Bakı 14°C

“Müsəlman ölkələrində jurnalistlər birləşib ortaq mövqe nümayiş etdirə bilərlər”

03.12.14 10:18 891
“Müsəlman ölkələrində jurnalistlər birləşib ortaq mövqe nümayiş etdirə bilərlər”
Əli Həsənov: “Düşünürəm ki, müsəlman ölkələrində jurnalistlər birləşə və ortaq mövqe nümayiş etdirə bilərlər”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İRNA-ya açıqlamasında deyib.
Tehranda keçirilən İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclasında iştirak edən Ə. Həsənov iclasda müsəlman ölkələrinin bu məsələdə ortaq məxrəcə gələcəklərinə ümidini ifadə edib: “Müsəlman ölkələrindəki jurnalistlər düzgün, obyektiv informasiya yaymaqla, İslam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər. Müasir dövrdə informasiyanın doğru-dürüst çatdırılması əsas amildir”.
Şöbə müdiri bildirib ki, Qərb mediası bu gün müsəlmanları bir sıra hallarda terrorçu kimi təqdim edir: “Bunun nümunəsini Suriya, Misir və İraqda görürük. İnsanlara həqiqətləri çatdırmaq lazımdır. Ümid edirəm ki, bu iclas İslam dünyası KİV-i arasında həmrəyliyin güclənməsinə, onların vahid koordinasiya mərkəzinin yaradılmasına yardımçı olacaq”.
Qeyd edək ki, bu gün Tehranda İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclası başlayıb. İki gün davam edəcək iclasa 57 müsəlman ölkəsindən nümayəndə qatılıb.
İclas “İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-in yaxınlaşması” adı altında keçirilir.
banner

Oxşar Xəbərlər