• cümə, 19 Aprel, 22:11
  • Baku Bakı 24°C

"Müsavat Partiyası "miqrant alveri"lə bağlı ictimaiyyətə açıqlama verməlidir"

14.11.19 15:07 903
"Müsavat Partiyası "miqrant alveri"lə bağlı ictimaiyyətə açıqlama verməlidir"
"Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, böyük Napoleon Bonapartın səsləndirdiyi fikirlər bugünkü müxalifətin davranışları ilə üst-üstə düşür. Napoleon "Kimin nədə problemi varsa, ondan danışır”deyirdi. Bu gün özünü müxalifət kimi təqdim edən siyasi qruplaşmalar tənqid, təhqir etdikləri işlərlə məşğuldular”.
Bunu Almaniyada"miqrant alveri"nə görə saxlanılan Müsavat Partiyasının üzvləri ilə bağlı danışanMilli Məclisin deputatı Elman Nəsirov deyib.
O, bildirib ki, Müsavat Partiyası bu məsələlərlə bağlı bir çox hallarda təhqiramiz fikirlər səsləndirirlər:"Demokratiyadan, azadlıqdan dəm vururlar, özlərini azadlıq aşiqi kimi təqdim edirlər, amma bütün addımları və davranışları məhz qanunun əleyhinə yönəlib. Bu günlərdə Almaniyada bir qrup Azərbaycanlı mühacir saxlanıb. Məlum olub ki, onların fəaliyyəti miqrantları daşımaq, onlara siyasi sığınacağın təmin edilməsindən ibarətdir. Həmin o azərbaycanlıların içərisində bugünkü Azərbaycan müxalifəti olan Müsavat Partiyasının üzvləri də var. Bu günlərdə həmin partiyanın qanunsuz piket keçirməyə cəhd etməsi də cəmiyyətimizə bəllidir”.
E.Nəsirov söyləyibki, onların əsas şüarları məhz demokratiya, insan haqları, qanunun aliliyi ilə bağlıdır:"Sual çıxır ki, bunlar niyə öz üzvlərinə münasibətdə dediklərini tətbiq etmirlər? Müsavat Partiyasının üzvləri nəinki Azərbaycanda, hətta Avropada da qanunun aliliyinin əksinə, demokratiyanın ziddinə, insan hüquq və azadlıqlarının əksi olan fəaliyyətlərlə məşğuldurlar. Budurmu onların demokratiya ilə bağlı düşüncələri?... Bütün bu faktları xalqımız görür. Yeritdikləri siyasət dediklərinin tam əksinədir. Hesab edirəm ki, Müsavat Partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir, Azərbaycan ictimaiyyətinə açıqlama verməlidir”.

banner

Oxşar Xəbərlər