• cümə, 19 Aprel, 16:32
  • Baku Bakı 25°C

Müsabiqə qalibləri mükafatlandırılıb

23.11.19 13:30 585
Müsabiqə qalibləri mükafatlandırılıb
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) "İçərişəhər” Muzey Mərkəzinin nəzdindəki "Bakı Fotoqrafiya Evi”ndə "Bakı Foto” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTACxəbər verir ki, "İçərişəhər" Muzey Mərkəzinin direktor müavini İradə Qasımova müsabiqənin ilk dəfə 2017-ci ildə keçirildiyini söyləyib. Bildirib ki, iyul ayında müsabiqə ikinci dəfə elan edilib. Müsabiqə mobiloqrafiya – sərbəst mövzu, abstrakt fotoqrafiya, yer haqqında xatirə, ailə portreti və tarix adlı 5 müxtəlif nominasiya üzrə keçirilib. Hər bir nominasiyanın qalibi 500 AZN məbləğində pul mükafatı qazanır. Qaliblərin və finalçıların fotoşəkilləri "Bakı Fotoqrafiya Evi”ndə təşkil olunan sərgidə nümayiş olunur.
Sonra sərginin kuratoru Sənan Əsgərov və "Nərgiz” jurnalının məsul redaktoru çıxış edib, qaliblərə uğur arzulayıblar.
Daha sonra qaliblər elan olunub. Sərbəst mövzu nominasiyasında Nəbi İdrisov, abstrakt fotoqrafiya nominasiyasında Nərgiz Əsgərova, tarix nominasiyasında Ağəli Sədrli, ailə portreti nominasiyasında İlkin Süleymanov, yer haqqında xatirə nominasiyasında isə Türkan Məmmədova qalib olub.
"Nərgiz” jurnalının xüsusi mükafatı isə Zamin Cəfərova təqdim edilib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
banner

Oxşar Xəbərlər