• şənbə, 20 Aprel, 00:11
  • Baku Bakı 15°C

Musa Quliyev: “Məcburi köçkünlərə ayrılan müavinətin taleyi hansısa qurumdan asılı olmayacaq”

24.01.17 11:50 924
Musa Quliyev: “Məcburi köçkünlərə ayrılan müavinətin taleyi hansısa qurumdan asılı olmayacaq”
"Cənab prezidentin məlum fərmanı ilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq, daha da güclənəcək və sosial müdafiənin ünvanlılıq prinsipi təmin olunacaq”.
BunuAPA-ya açıqlamasında Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, əgər buna qədər istər enerji daşıyıcıları, istərsə də çörəklə bağlı qaçqın və məcburi köçkünlərə ayrılan normalar müvafiq qurumlar tərəfindən verilirdisə, bundan sonra hər məcburi köçkünə konkret 36 manat ayrılacaq və onlar birbaşa bu məblğdən istifadə edə biləcəklər: "Eyni zamanda, vəsait itkisinin qarşısı alınacaq, mexanizmlər sadələşəcək və hər bir qaçqın, məcburi köçkün ona ayrılan vəsaiti özünə uyğun şəkildə istifadə etmək imkanı qazanmış olacaq. Bu mənada prezidentin fərmanı irəliyə atılmış bir addımdır”.
M. Quliyevin sözlərinə görə, fərmanın mahiyyəti ondan ibarətdir ki, ayrılan müavinətlərin taleyi qaçqın və məcburi köçkünlərin özlərindən asılı olacaq, nəinki hansısa qurumdan: "Pul onların kartına oturulacaq, yaxud nağd şəkildə veriləcək, bu, artıq prinsipial deyil. Əsas odur ki, birbaşa özlərinə veriləcək”.
Qeyd edək ki, Azərbaycan prezidentiİlham Əliyevməcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzayıb. Fərmanda deyilir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilir.
banner

Oxşar Xəbərlər