• çərşənbə axşamı, 23 aprel, 19:50
  • Baku Bakı 20°C

Mursinin adamlarını Mübarəkin yanına apardılar...

04.07.13 13:13 1225
Mursinin adamlarını Mübarəkin yanına apardılar...
APA-nın Misirin rəsmi MENA agentliyinə istinadən xəbərinə görə, sabiq prezident Hüsnü Mübarək başda olmaqla, keçmiş hakimiyyətin bir çox təmsilçiləri də burada saxlanılır.
“Müsəlman Qardaşları” hərəkatının siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının lideri əl-Katatni və hərəkatın dini rəhbərinin müavini Bayyumi iyulun 3-də Misir ordusunun prezident Məhəmməd Mursini devirməsindən sonra DİN-in göstərişi ilə həbs olunub. Onlara qarşı nifrət və zorakılığın alovlandırılması, ölkədəki təhlükəsizlik sisteminin bilərəkdən zəiflədilməsi ittihamları sürülə bilər. Polis hazırda hərəkatın daha bir neçə yüksək rütbəli rəhbərini axtarır.
banner

Oxşar Xəbərlər