• cümə axşamı, 18 aprel, 21:49
  • Baku Bakı 21°C

Ömürləri yollarda kəsilənlər - qəzaların səbəbkarları kimlərdir? - VIDEO

20.04.21 21:45 897
Ömürləri yollarda kəsilənlər - qəzaların səbəbkarları kimlərdir? - VIDEO
Demək olar ki, hər gün ölüm və ya xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri barədə xəbərlər yayılır.
Kimisi diqqətsizliyin, kimisi isə məsuliyyətsizliyin qurbanı olur. Elə ötən günSabunçu dairəsiyaxınlığında baş verən dəhşətli hadisəni xatırlatmaq kifayətdir ki, aidiyyəti qurumlar bu istiqamətdə hərəkətə keçsin.
Nəqliyyat üzrə ekspertElməddin Muradlının sözlərinə görə, Sabunçu dairəsi yaxınlığında piyada keçidinin olduğuna baxmayaraq, insanlar məsuliyyətsizlik edir və bir neçə metr məsafəni getməmək üçün qaydaları pozurlar. Ekspert hesab edir ki, qayda pozuntusunu daha çox valideynlər edirlər.
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəriMais Ağayevisə baş verən qəzalarda piyadaları günahlandırır. Onun sözlərinə görə, ötən gün ana və azyaşlı övladının öldüyü, daha bir nəfərin isə xəsarət aldığı ərazinin 800 metr – 1 km-liyində piyada keçidi mövcuddur.
"Report”mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
banner

Oxşar Xəbərlər